Leyla və Arzu Əliyevalar "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar - FOTOLAR
Leyla Əliyeva və Arzu Əliyeva "Referans Medical Group"un tərkibində fəaliyyət göstərən "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar.
Adalet.az xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.
Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.
Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

