...Dünyada o adam xoşbəxtdir ki, heç kimə yox, öž kəndinə, öz elinə, öz torpağına oxşayır... Təbii ki, öz torpağına oxşayan insanı Allah və el- oba da çox istəyir... Mənim tanıdığım və lap çox istədiyim yazıçı, şair, publisist , dramaturq , böyük ziyalı, böyük insan Seyran Səxavət də belə şəxsiyyətlərdəndir. Çünki Seyran Səxavət göy üzü kimi təmiz, bulaq suyu kimi təmiz bir yazardı.Elə mənim ailəm, övladlarım və nəvələrim də buna görə onu çox istəyirlər. Allah and olsun, onlar Seyran müəllimi həyatda görməyiblər, ancaq televizorda görüblər.
Səmimi , bal kimi şirin danışdığını görə onu çox istəyirlər.Bunu Seyran qardaşımız da gözəl bilir. Çünki mənə zəng edib, hal-əhval tutanda birinci balalarımı, nəvələrimi soruşur.Və bu səmimiyyətinə görə , mənim də balalarım ona" Seyran Səxavət yox, Seyran əmi "- deyirlər. Onu əmiləri Qürbət qədər, Elxan qədər çox istəyirlər. Və bir də onu görə çox istəylər ki, onların dayısı, uzun müddət Füzuli rayon Məhkəməsinin sədri isləmiş Məmməd Kərimovla möhkəm dost olublar. Məmməd Kərimov Azərbaycan məhkəm sistemində xüsusi çəkisi olan, ən ədalətli hakimlərdən biri olub və bu gün də Füzuli camaatı onu böyük hörmətlə xatırlayır.Çünki harda hakim işləyibsə, heç vaxt haqqı- nahaqqa verməyib.
Seyran müəllimlə Məmməd Kərimovun doatluğu rəhmətə gedən kimi də davam edib.Seyran Səxavət rayona gələndə ona çox adam qonaqlıq vermək istəyirdi.Ancaq ən çox çörək kəsdiyi insanlar Məmməd Kərimov, poçtalyon Qadir və Adil Hacıyev idi.Onlar üçü bir yerdə" Cənlibel" də və Füzulinin digər gözəl məkanlarında o qədər çörək kəsiblər ki! Seyran Səxavətin böyük yazıçı kimi bir- birindən gözəl , şeirləri, hekayəlri , romanları , povestləri, müshibələri var." Daş evlər" , " Nekroloq", " Qızıl teşt" , "Qaça-qaça" , " İt intevusu" və ən nəhayət " Ağdamada Qədir Rüstəmovla at- üstü söhbət"...
Bu bədii əsərlərin hər biri Azərbaycan ədəbiyyatında ədəbi hadisədir. Və bir də Seyran Səxavətin nəinki əsrləri, hətta hər cümləsi , hər deyimi belə ədəbi hadisədir.Bizim boyük müəllimimiz BDU- nun professoru, yazıçı - publisist, tənqidçi rəhmətlik Qulu Xəlilov hər dəfə mühazirələrində deyərdi ki, Azərbaycan dilinin zənginliyin, şirinliyin və kolaritin bilmək istəyirsinizsə, mütləq.Süleyman Rəhimovu, Mirzə İbrahimovu, Əli Vəliyev oxuyun. Biz də həmin yazıçıların romanlarını, povestlərini, hekayələrini oxuduq gördük ki, Qulu məllim düs deyirmiş onlar Azərbaycan dilini nə qədər zəngilməşidrib, nə qədər şirinləsdiriblər. Bax Seyran Səxavətin də əsərləri Azərbaycan dilinə beləzənginləşdirib, bal qatıb.Çünki o , xalqın dilində yazır və danışır.
Seyran Səxavət deyir ki, bir dəfə mamamgildə( Qarabağda atının bacısına mama deyirlər) idim. Gördüm çöldə hamı danışır , amma bir qadına danışmağa imkan vermirlər. Buna mamam dözməyib dedi:" Aaz, imkan verin bu gəlində sözün desin dana . Axı, söz ağızda iylənəndi...! Bir dəfə bunu dilimizlə bağlı yığıncaqda dedim. Dedim ki, professor siz deyilsiniz ey, mənim mamamdı... Seyran Səxavət Azərbaycan mətbuatı tarixində şedevr bir müsahibə qələmə alıb:" Ağdamda Qədir Rüstəmovla at- üstü söhbət "Bu yazı ötən əsrin 79- ci illərində " Ulduz " jurnalında dərc olunub. Çox unikal və qeyri -adi bir müsahibədir.Orada bir epizod yadıma düşür:"- Qədir, sən və vaxt sevinirsən?" Cavab verir:"- Balalarım sevinəndə , mən də sevinirəm!..." Nə qədər səmimi və nə qədər orijiy bir çavab! Əgər bir ata övladın sevindirə bilmirsə, bundan acı həyat yoxdur.Övladın üzü gülürsə, bax onda ata xoşbəxt olur.
Bu müahibə yenidən çap olunmalı və jurnalistika fakültələrində tədris olunmalıdır. Çünki bu gün mediada belə müsahibələr yoxdu... Çox şirin , səmimi danaşan adam görmüşəm, amma Seyran Səxavət kimi şirin danışan adam görməmişəm.Onun televizyalardakı çıxışına baxan və dinləyən hər adam onun şöhbətinin bal kimi şırin söhbətinə heyran olur... Belə ki, onun hər çıxışı ,.hər söbəti möhtəşəm bir mənzərə yaradır. Düşünürsən ki, ancaq bu sözləri Seyran Səxavət deyə bilər. Seyran müəllimin çox hikmətli deyimləri var .Birini yada salaq: " İnsan hər şeyə yaltaqlana bilir, ancaq ölümə yaltaqlana bilmir..." Vallah,Seyran müəllim, insan ölümə də yatqlanır, amma bu dünyada olduğu kimi, Allahı aldada bilmir. Bəzi adamlar elə bilirlər ki, Allaha yaltaqlanıb, Cənnətə düsəcək, yaxud da ölümdən xilas olacaq! Ancaq belə deyil; hər bir əməlin haqq- hesabı var!
Seyran müəllim Siz 80 il şərəflə, kişi kimi yaşamısınız . Və heç bir qüvvə Sizi əyməyib! Çünki həmişə haqqın, ədalətin, dürüstlüyün , insanlığın, sevginin, işıgın yananda olmusunuz. Və ən nəhayət xaqın içində olmusunuz , dövlətə və xalqa numusla xidmət etmisiniz. Və heç vaxt paxıllıq , xəyanət nə olduğunu bilməmisiniz , qələmə xəyanət etməmisiniz! Ona görə də xalq öz kəndinə, öz torpağına və özünə oxşayan adamı- Seyran Səxavəti çox istəyir. Manaf Ağayevin sözu olmasın , səni bağtıma basıb öpürəm! Səksənin mübarək!!! Amma sizə səksən yox , əlli yaş vermək olar. Çünki ruhunuz , ürəyiniz , qəlbiniz təmizdir! Sizin barənizdə 75- də yazdım, 80- də yazıram və Allah ömür versə , 90- da da yazaram!!!


Bakı -°C
