adalet.az header logo
  • Bakı -°C
06 Mart 2026 16:23
135
DÜNYA
A- A+

İsrail Xameneinin yeraltı bunkerinə zərbə endirdi

İsrail Ayətullah Seyid Əli Xameneinin Tehranda istifadə etdiyi yeraltı hərbi bunkeri hədəf alıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı iştirak edib.

Bildirilib ki, sözügedən obyekt Xamenei və digər yüksək rütbəli hərbi rəsmilərin komanda mərkəzi kimi fəaliyyət göstərib.

“Bunkerin hədəfə alınması rejimin komanda və nəzarət qabiliyyətini daha da aşındırır”, - qeyd edilib.