SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO/FOTOLAR
İranın Azərbaycanda terror planları ifşa olunub.
Adalet.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.
Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və "Aşkenazi" sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, iran İslam Respublikası vətəndaşları - Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.
Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Digər Xəbərlər
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 22:14
Qız uşağı ağlayanda və yetim qalanda...
06 Mart 2026 19:28
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
06 Mart 2026 17:43
Naxçıvan aeroportuna hücumla bağlı hesabat təqdim edilib
06 Mart 2026 17:33
Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - VİDEO
06 Mart 2026 16:25
“AzerGold” xüsusi mükafata layiq görülüb
06 Mart 2026 15:47
Müəllimlər məktəbə atılan dronla bağlı TƏFFƏRÜATLARI DANIŞDI
06 Mart 2026 15:39


Bakı -°C

