“Əslində ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədir...”
“Dövlət qulluqçularının pensiyası ilə bağlı müəyyən güzəştlərin artırılması istiqamətində yeni bir təklif səsləndirildiyini oxudum. Uzun illər dövlət xidmətində çalışan insanların sosial təminatının gücləndirilməsi sosial baxımdan başa düşülən yanaşmadır və müəyyən mənada dövlət xidmətinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilə bilər”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, lakin belə təşəbbüslər müzakirə edilərkən iki vacib məsələ nəzərə alınmalıdır:
“Birincisi, bunun dövlət büdcəsinə və pensiya sisteminin uzunmüddətli maliyyə davamlılığına təsiridir. İkincisi isə əmək bazarında dövlət və özəl sektor arasında balansın qorunmasıdır. Prinsip etibarilə dövlət qulluqçularının sosial təminatının digər sahələrlə müqayisədə həddindən artıq fərqlənməsi arzuolunan deyil. Çünki bir tərəfdən ölkədə özəl sektorun inkişafını təşviq etməyə çalışırıq, digər tərəfdən isə dövlət sektorunda əlavə sosial üstünlüklərin formalaşması təklif edilir. Bu əmək bazarında müəyyən disbalans yarada bilər. Əslində ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədir (olmalıdır!) və dövlət də bu istiqamətdə müxtəlif təşviq mexanizmləri tətbiq edir. Ona görə də sosial təminatla bağlı qərarlar qəbul edilərkən həm dövlət xidmətinin dəyəri, həm də iqtisadi sistemdə ümumi balans nəzərə alınmalıdır. İqtisadi sistemdə hər addım müəyyən qarşılıqlı təsir yaradır və bu tarazlığın qorunması uzunmüddətli sabitlik üçün vacibdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 May 2026 13:32
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
01 May 2026 13:26
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq
01 May 2026 13:25
Bu malların buraxılışı müvəqqəti dayandırıla bilər
01 May 2026 13:24
Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir
01 May 2026 13:23
Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
01 May 2026 12:23
Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi
01 May 2026 11:17
“ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır”
01 May 2026 10:55


Bakı -°C

