Gül bağışlaya
Deyirəm dünyada sevən-sevənə,
“Sevirəm” deməyə,gül bağışlaya.
Həkimlər xəstəyə hər səhər-axşam,
Dərman əvəzinə gül bağışlaya.
Heç kəs bir-birinə yalan deməyə,
Xoş sözlər söyləyə, hey alqışlaya.
Siz ey xanımlar, siz ey gözəllər,
Sizə bayram olsun hər zaman,illər.
Kaş ki,sizlərə Böyük Yaradan,
Sevgi bağışlaya, il bağışlaya.
Sizi sevən insan hər zaman, hər an,
“Sevirəm” deməyə,gül bağışlaya.
İstər oğlan olsun, istər qız olsun,
Mənim bu sözlərim bir adət olsun.
“Sevirəm” deməyə utanan insan,
Sevgi nişanəsi gül bağışlasın.
O vaxtı, o zaman dillər lal olsun,
Ürəkdən ürəyə güllər yol olsun.
Küsülülər hər zaman barışmaq üçün,
Unudub keçmişi danışmaq üçün,
“Bağışla” deməyə,gül bağışlaya.
Bu güllər sevginin simvolu ola,
Hər yerdə, hər zaman qəlblərdə qala.
Bütün Azərbaycan xanımlarını 8 Mart münasibəti ilə təbrik edirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.
Digər Xəbərlər
01 May 2026 17:13
Şehlə günahını yuyan şair - Ağacəfər Həsənli - Esmira İsmayılova yazır
01 May 2026 15:38
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
01 May 2026 09:42
"Adamın adamı" - Pərvanə Bayramqızı yazır
30 Aprel 2026 10:41
Əbülfət Mədətoğlu: Allah
29 Aprel 2026 13:44
Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası
29 Aprel 2026 10:10
Əbülfət Mədətoğlu:O qız indi , nə iş görür ilahi?!.
28 Aprel 2026 14:53
Əbülfət Mədətoğlu: Sənlə birgə, biz qocaltdıq illəri...
27 Aprel 2026 15:00


Bakı -°C

