adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2021 18:30
30291
DÜNYA
A- A+

“Yanvarın 1-dən indiyədək 1070 terrorçu zərərsizləşdirilib” - Hulusi Akar

“Yanvar ayının 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri tərəfindən 1070 terrorçu zərərsizləşdirilib”.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində çətin ərazi şərtlərinə baxmayaraq, Türkiyə ordusunun eyni vaxtda başlatdığı “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatları planlandığı şəkildə uğurla davam etdirilir: “Sərhədçilərimiz “sərhəd namusdur” anlayışı ilə vəzifələrini qəhrəmanlıqla və əzmlə yerinə yetirirlər”.