SON DƏQİQƏ:

Dövlət komitəsi erməni diasporunun Lüksemburqdakı təxribatı ilə bağlı məlumat yaydı

  11999   |  
Şriftin ölçüsü  

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb.

Qurumun məlumatında deyilir:

“Azərbaycan diasporunun aktivliyi, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.

Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir.

Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum olunması, qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbilə çox vaxt ictimailəşdirilmir.

Diaspormuzdan daxil olan məlumat və müraciətləri ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırırıq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK