SON DƏQİQƏ:

Dmanisidə azərbaycanlılara hücum edən səkkiz nəfər saxlanılıb - RƏSMİ

  12877   |  
Şriftin ölçüsü  

16 may 2021-ci il tarixində, saat 17:00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq müafizə orqanları  tərəfindən saxlanılıb. 

Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb:

“Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib. 

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq. 

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır”.       

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK