adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 May 2021 16:23
23623
DÜNYA
A- A+

“Fələstin məsələsində bütün addımları atmağa hazırıq”Çavuşoğlu

Fələstin məsələsində birliyimizi və qətiyyətimizi göstərməyin vaxtı çatıb.

Adalet.az “TRT haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır.

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, bu məsələdə İƏT-in üzərinə də məsuliyyət düşür. Fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır. İnsanlar bizdən liderlik gözləyir. Türkiyə bütün lazımi addımları atmağa hazırdır", - deyə XİN rəhbəri əlavə edib.