adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 May 2021 14:15
40250
SİYASƏT
A- A+

Putinlə Paşinyan Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri əvəzi Nikol Paşinyan arasında telefon söhbəti keçirilib.

Adalet.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin bu barədə verdiyi açıqlamada bildirilir:

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb”.