SON DƏQİQƏ:

ŞƏKİDƏKİ ATLAR… NİYƏ BELƏ OLMALIDI AXI?..  - Nicat Novruzoğlu yazır

  106927   |  
Şriftin ölçüsü  

Televiziya kanallarında Şəkidəki Atçılıq İdman  Mərkəzindəki atlarla bağlı süjetlər  yayımlandı. İndiyə qədər bu mərkəzdəki atların 17-si ölüb, yerdə qalanları isə elə ölmüş kimi bir şeydilər. Məlum olub ki, neçə aydır atlara sahib çıxan bir  qurum  olmadığından yemlə  təmin  olunmurlar.

Özü də bu atın hər birinin  qiyməti bir maşın  qiymətinədi. Mərkəzin  direktoru, eləcə də rayon icra hakimiyyəti doğrudanmı atları yemlə təmin edə bilməzdi? Bilərdilər. Amma etməyiblər. Müvafiq qurumlar da bir-birinin  üstünə atıb.

Televiziya kanallarında süjet nümayiş  olunandan sonra yerli camaat özünün  otundan-ələfindən gətiriblər mərkəzə. Sağ olsunlar, amma idman atları, ümumiyyətlə, atlar təkcə ot-ələflə yemlənmirlər.

Əvvəla,  belə bir  acınacaqlı vəziyyətə  düşəndə həmin atları Ağdam Atçılıq Zavoduna təhvil verə bilərdilər. Hazırda Ağcabədidə yerləşən bu zavodda hər cürə  şərait var. Hətta karonaya tutulmuş  atları da bu zavoda göndərsəniz müəssisənin  mütəxəssisləri o atları sağalda bilərlər.

İndi oxuyuram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva həmin mərkəzi nəzarətə götürüb. Alqışlanası hadisədi. Yəqin ki, tezliklə mərkəzdə  işlər qaydasına düşəcək, yerdə qalan atlar ölümdən qurtulacaq.

Mən məsələyə başqa tərəfdən yanaşıram. Niyə məsələlərə Möhtərəm Prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva qarışmalı və öz nəzarətlərinə götürməlidirlər? Bu  məsələləri  həll edəcək qurumlar nədən ötrü  yaranıb? Həmin qurumların  rəhbərləri  nəylə məşğuldarlar ki,  bəzən adi bir  problemə də prezident və ya vitse-prezident  qarışsın.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK