Zakir Həsənov qardaş ölkəyə başsağlığı verdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
MN-dən Adalet.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.
Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Digər Xəbərlər
18 Iyul 2026 10:02
“Həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki...”
17 Iyul 2026 19:34
"Azərbaycan Rusiyanın təkliflərini dəstəkləyir" - Lavrov
17 Iyul 2026 16:33
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir
17 Iyul 2026 16:32
Ceyhun Bayramov: "3+3" formatına tələbat qalmaqdadır
17 Iyul 2026 16:15
Prezident “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik etdi
17 Iyul 2026 16:00
"Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb" - Ceyhun Bayramov
17 Iyul 2026 15:46
Yeni dünya nizamında Azərbaycan – Türkiyə münasibətləri
17 Iyul 2026 15:43


Bakı -°C

