“İran rəhbərliyi rejimi qoruduğu üçün özünü qalib sayır...”
“ABŞ İranı nüvə silahından və zənginləşdirilmiş urandan imtinaya məcbur etdi. ABŞ və İran arasında müharibənin dayandırılması və nüvə məsələsi ilə bağlı razılaşma əldə edildi. Bu razılaşmanın məhz D. Trampın 80 illiyi günündə əldə edilməsi təsadüfi deyil. Əgər, İran özünü qalib sayırdısa, D.Trampın ad günündə razılaşmanı ertələməli idi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu razılaşma ilə İran nüvə silahından imtina edir və zənginləşdirilmiş uranın məhv edilməsinə razıdır:
“Məhz ABŞ İranı nüvə silahından imtina və zənginləşdirilmiş uranın məhvi üçün İrana qarşı hərbi əməliyyatlara başladı. Digər bəndlər isə, təfərrüatlardı. Qeyd edim ki, ABŞ və İran arasında əməkdaşlıq və tərəflər müxtəlif sahələrdə birgə layihələr həyata keçirə bilər. Müharibənin ilk günlərində ABŞ İsrailin təhriki ilə İranda rejimin dəyişməsini qarşısına məqsəd qoysa da, bunun mümkünsüz olduğunun fərqinə vardı. İsrail çalışırdı ki, İranda rejim dəyişikliyi baş tutsun. ABŞ üçün İran rejimi ilə əməkdaşlıq lazım idi, nəinki rejimi deyişmək. Bu müharibədə İran hərbi sənayesinə böyük zərbə vuruldu. İqtisadiyyat və sosial problemlər ağırlaşırdı. Bu problemlər fonunda SEPAH-ın ABŞ-la razılığa getməsində İran prezidenti M.Pezeşkianın rolu mühüm oldu”.
Politoloq bu müharibədə İranın qalib olmadığını deyib:
“Təbii ki, İran rəhbərliyi rejimi qoruduğu üçün özünü qalib sayır. Amma, İran rejimin artıq regional aktor olması mümkün görünmür.D. Tramp İranı nüvə silahından imtinaya məcbur etdi. Təbii ki, İran da kaputilyasiyaya aktıma imza atmadı. Baxmayaraq ki, D.Tramp Tehrandan kapitulyasiya tələb edirdi. Hörmüz boğazı və körfəz ölkələrinə zərbə İranda rejimin xilas kəməri oldu. İran rejimi ABŞ-la danışıqlara gedərək iqtisadi problemlərin həlli və sanksiyaların aradan qaldırılmasına nail oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Iyul 2026 10:02
“Həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki...”
17 Iyul 2026 19:34
"Azərbaycan Rusiyanın təkliflərini dəstəkləyir" - Lavrov
17 Iyul 2026 16:33
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir
17 Iyul 2026 16:32
Ceyhun Bayramov: "3+3" formatına tələbat qalmaqdadır
17 Iyul 2026 16:15
Prezident “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik etdi
17 Iyul 2026 16:00
"Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb" - Ceyhun Bayramov
17 Iyul 2026 15:46
Yeni dünya nizamında Azərbaycan – Türkiyə münasibətləri
17 Iyul 2026 15:43


Bakı -°C

