Çingiz Mustafayevin anım günüdür
Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.
Adalet.az xatırladır ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Kapustin-Yar qəsəbəsində anadan olub. Əslən Şəkidəndir.
O, Azərbaycan tamaşaçısına cəbhə reportajları ilə tanınıb. Dünya isə onu daha çox Xocalı soyqırımı ilə bağlı çəkdiyi sənədli kadrlarla tanıyır. Bu görüntülər Ermənistanın cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı düşmənin açdığı atəş nəticəsində aldığı mərmi qəlpəsindən həlak olub və sonadək kameranı söndürməyib. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
O, cəbhəyə yalnız reportyor kimi deyil, əsgər və zabit kimi də xidmət göstərib, döyüş bölgəsində böyük fədakarlıq nümayiş etdirib.
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Digər Xəbərlər
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
17 Iyul 2026 18:00
AQTA rəsmisi heyvan daşıması ilə bağlı məsələyə aydınlıq gətirdi
17 Iyul 2026 17:38
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
17 Iyul 2026 15:44
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı
17 Iyul 2026 13:41


Bakı -°C

