SON DƏQİQƏ:

" İntiharlardan necə qaçaq ? " - Vüsal Bağırlı yazır

  32821   |  
Şriftin ölçüsü  

İş yerini itirmək təhlükəsi, işdən çıxarılmaq problemi – bu, bir fobiyadır. Əslində, işdən kənarlarşdırılma, azad edilmə ehtimalı, normal olaraq heç kəsdə qorxu, təşviş, səksəkə doğurmamalıdır. Çünki bu hər birimiz üçün daha yaxşı məşğulluq, yeni iş tapmaq ehtimalı naminə bir tramplin rolunu oynaya bilər. İnsanlar belə vəziyyətlərdə rahat olmalıdırlar. Normal həyatda, normal cəmiyyətdə bu maneələr heç bir psixoloji gərginlik yaratmamalıdır. Heç bir vətəndaş alternativ iş məkanı tapmaqda çətinlik çəkməməlidir.

Fəqət, bizdə vəziyyət necədir? İşdən azad olunan insan üçün yaranan qəzavü-hal dünyanın sonu anlamına gəlir. İş yerini itirmək əsl faciə kimi qarşılanır. İnsan görün nə həddə çatır ki, belə hallarda çıxış yolunu yalnız intiharda, özünə qəsddə tapır?

Başqa bir problemi göz önünə gətirək: qızların ailə qura bilməmək həyəcanı, gənc qadınların ərə getməmək, evdə qarıyıb qalma fobiyası. Təşviş, həyəcan birbaşa ürəyə, beyinə, damarlara nüfuz edir. Qorxu hissi birbaşa cəmiyyətdən, ailədən, qonum-qonşudan, qohum-əqrəbadan, tənədən, rişxənddən, istehzalı təbəssümdən yaranır. 20 yaşdan sonra qızın subay qalması bir çox ailələr üçün, ən əsası da həmin qızın özü üçün dünyanın sonu olur. “Vaxtında ərə getməmək” qorxusu gənc qadın üçün sanki, ölüm-dirim, olum-qalım məsələsinə çevrilir. Qadın çıxış yolunu intihardan, özünə qəsddən savayı heç nədə tapa bilmir..

Övladlar bəlli bir yaşa çatırlar, yeni bir həyat mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Onların bərkə-boşa düşməyən həssas psixologiyaları, “İti görüm, qurdu görüm diplomsuz övlad görməyim”, “Kəsilsən küçəyə necə çıxacaqsan?!” ,“Əsgər gedərsən, onda ağlın başına gələr?!” və sair təzyiqlərlə, aqressiv sözlərlə, qürura, mənliyə toxunan kəskin ifadələrlə, yağış kimi yağan istehza və rişxəndlərlə üz-üzədir. Ali məktəbə qəbul ola bilməyən gənc üçün bu ritorik suallar, ölüm-dirim mərhələsinə, faciəyə çevrilir. Gəncin qarşısına elə bir sədd çəkilir ki, sanki, dünyanın sonudur, qiyamət günüdür. Sanki hər şey bitmişdir və bundan o tərəfi isə yoxdur.

Yenə də nəticə acı sonluğa dogru aparır - intihar, özünə qəsd qaçılmaz olur.

Skandinaviya şəhərlərinin birində adi, boz rəngli körpü intiharların baş vermə məkanı kimi bədnam ad çıxarıbmış. Problemlərlə, əzablarla, itkilərlə yüklənmiş insanlar, materiyanın “həyat” adlı mövcud olma formasından bezənlər oraya çıxıb özlərini dibsiz girdaba buraxırmışlar. Ölənlərin sayı isə günü-gündən artırmış.

Ölkə bu olaylardan bir-birinə dəyir. İnternet məkanı, sosial şəbəkələr, xəbər sayltları qarışır. İctimai mühitdə həyəcan təbili çalınır. Şəhər meriyası müxtəlif ekspertləri, psixoloq və sosioloqları yığıb təcili iclas keçirir və problemin aradan qaldırılması üçün onlardan kömək, təklif istəyir. Bu zaman, bir arxitektor əlini qaldırıb ayağa qalxır və həmin an qeyri-adi görünəcək söz işlədir: “Gəlin körpünü al-əlvan rənglərlə boyayaq!?”. Belə də edirlər və nəticə heyrət doğurur. Ölüm, intihar hadisələri kəskin şəkildə azalır. Az sonra, isə tamamilə yox olur.

Deyirəm, bəlkə biz də artıq sınanmış bu psixoloji üsulu həyatımıza tətbiq edək, binaları küçələri, yolları, prospektləri, ən əsası da daxilimizi, fikirlərimizi rəngarəng çalarlara bürüyək?! Onsuz da, geyim və libaslarımızdan tutmuş, gündəlik əhval - ruhiyyəmizə qədər hər şey ala-bula, boz-qara rəngdədir. Amma, hər şeydən də əvvəl hadisələrin kökündə dayanan problemləri yox etməliyik.

Vüsal Bağırlı.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK