SON DƏQİQƏ:

“Uşaqlığım 11 yaşında öldü”- MÜSAHİBƏ

  62331   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz şair Elməddin Nicatdır.

 

-Kəlbəcər də azad olundu...

-Salam Emin! Xoş gördük. İlk öncə istərdim səni bu qələbədə zəhməti olan Azərbaycanın müzəffər ordusunun zabiti kimi təbrik edim. Kəlbəcərin azad olunacağı əslində hər il ildönümlərlə bir az öləziyən kimi görünsə də, ildönümlər intihardır, Ağlayırıq avaz ölür... Kəlbəcərin işğal ildönümlərindən birində yazmışdım. Dövlətin bu sahədəki siyasəti, beynəlxalq hüququn bizim tərəfimizdə olması bir gün o torpaqlara dönəcəyimizə inamı öldürməmişdir. Kəlbəcərin azadlığını bizlərə nəsib edən Azərbaycan əsgərinə və Cənab Ali Baş Komandana təşəkkür edirəm.

 

Kəlbəcər yaddaşımda elə uşaqlığım kimi qaldı.

 

-Neçə yaşında ordan çıxmışdın? Uşaqlıq xatirələrini orda tapa biləcəyinə inanırsan?

- On bir yaşım var idi... Uşaq yaddaşı möhkəmdir. Elə uşaq yaddaşıma yığdığım Kəlbəcəri yaşayırdım bu illər ərzində. Kəlbəcər mənim yaddaşımda elə uşaqlığım kimi qaldı. Yəni ondan sonra uşaqlıq deyə bir yaşam olmadı. Deməli Emin, kəndimizdən çıxmamışdan bir gün öncə yaddaşımı bu 27 ildə elə qurşamışdı ki, bir gün olsun yadımdan çıxmadı. Yazın ilk günləri olduğundan günəş qarı əridir və çaylar o tay-bu tay gedərdi. Qəribədir heç ondan sonra daşan çay da görmədim. Sinif yoldaşlarımızla nərgiz, bənövşə yığmağa getmişdik. Evə qayıdanda saat hardasa 3-4 arası olardı anam evimizin həyətində nəsə iş görürdü birdən atam gəldi anama nəsə deyib bir xeyli danışdılar. Səhəri gün kəndimizdən çıxan kamaz maşınlarla uşaqlığımı elə o kənd qapımızda qoyub gəldim... Mənim uşaqlığım 11 yaşında öldü... Viran olmuş həyətimizin uçuq divarlarının arasından nələri tapacağamsa sevincə brünmüş yaddaş ağrısına çevrilmiş xatirələr olcaq. Qəribəsi odur ki, 11 yaşımda çıxdığım evimizə 11 yaşlı oğlumla dönürəm. İnşallah mənim 11 yaşında yarımçıq qalan uşaqlığımı 11 yaşlı oğlum Ayxan doya-doya yaşayar.

 

-Məktəb direktorusan. Bəs, Kəlbəcərə köçmək fikrin var? Ya da belə deyək, direktorluğu sıravi kəlbəcərli olmağa dəyişərsən?

-Bəli, bir neçə illərdir ki, bu şərəfli və məsuliyyətli vəzifəni elə Kəlbəcərli müəllimlər və şagirdlərlə birgə görürəm. Kəlbəcərə dönmək ən böyük arzumuz idi. Bu gün o arzumuz çin olub. Böyük səbrsizliklə dönəcəyimiz günü gözləyirəm. Mənim üçün Kəlbəcərli olmaqdan, Kəlbəcərdə olmaqdan böyük vəzifə yoxdur. Bu arada bir söz də deyim ki, Kəlbəcərin azad olunmasında zəhməti sən çəkməyinə baxmayaraq məhləmizdən İntiqam Yaşara ev yeri söz vermişəm. Nə də olsa indi orda sənin iki evin olacaq.

 

-Qaçqın düşərgələri sənə nəyi öyrətdi? Gələcəkdə bunun həyatında hansısa önəmi var?

-Nəyi öyrətmədi ki?! Bütün mənəvi və psixoloji travmaları yaşamaq. Olmayacaq bir şeylərin canlı-canlı yaşanılması. Çoxlarının flimlərdə izlədiklərini yaşamaq çadır şəhərciklərində böyüyən uşaqların alın yazısı oldu. Ağrılara sarılaraq yaşamaq... Çadır şəhərciklərindən yataqxana köşələrinə kimi uzanan ömrümün təsəlli tapacağı yeganə ünvandır şeir!

-Şair və vəzifə. Düzdü, məktəb direktoru olmaq müqayisə ilə elə də böyük vəzifə deyil. Amma el dilində yenə də “kreslo”dur. Şairliyinə mane olmağını heç hiss etmisən?

-Məktəb direktoru olmaq böyük vəzifə sayılmsa da məsuliyyəti və adı çox diqqətli olmağı tələb edir. İşlədiyin böyük bir kollektivin etimadını sizə verirlər. Çalışıb layiqincə idarə etməlisən. Deməzdim şairliyimə mane oldu, amma davamlı ədəbi tədbirlərdə iştirakımı azaltdı. –

-Son kitabın 9 il öncə çıxıb. Elə dediyim kimi, deyəsən direktorluq şeir yazmağına mane olub. Tükənmişlikdir bu, ya?

-Hə, 2012-ci ildə çıxıb kitabım. Kitab çıxarmağımın işimlə əlaqəsi yoxdur. Deyərdim ki, sadəcə böyük bir axın başladı, kitab çapı axını. Demək olar ki, yaradıcılıq davam edir vaxtaşırı sayt və qəzetlərdə çap olunuram.

 

Cavabdehlik insanı şəxsi arzu və istəklərdən bir az kənar saxlayır.

-Əvvələr Bakıda, Sumqayıtda tez-tez görərdik səni. Deyəsən indi ya heç gəlmirsən, ya gizli gəlirsən, ya da küsüb əyalətə çəkilmisən...

-Bax bu dediyiniz sırf işimin yaratdığı vaxt məhdudiyyətidir. Əvvəllər ədəbi tədbirlərə sıx qatılırdım. İstər Bakıda, istərsə də Sumqayıtda tez-tez görüşürdük. Amma indi görüşlərin iş günlərində təşkil olunması yaxın dostların belə tədbirlərinə qatılmağa imkan yaratmır. Birdən vaxt olanda dostlarla görüşə bilirik. Gizli gəlişlər də olur. Küsüb əyəalətə çəkiləcək kimi bir iddiam yoxdur ki. Ən dəqiqi rəsmi öhdəçilik, cavabdehlik insanı şəxsi arzu və istəklərdən bir az kənar saxlayır.

 

-Bir dəfə kitab təqimatında olmuşdum. Səhv etmirəmsə, Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun sayəsində dərc olunmuşdu. Balaca bir otaqda imza günü. Açığı indiyə kimi gördüyüm ən kiçik məkanda imza günü idi.

-Mənim ilk kitabım Tağı müəllimin dəstəyi ilə çap olundu. Burdan da Tağı müəllimə, Salatın xanıma təşəkkürümü bildirirəm. Elə həmin kitabın təqdimatı idi dediyin o təqdimat. Ön sözün Rüstəm Kamal yazmışdı, redaktoru İbrahim İlyaslı, rəssamı Nəvai Metin olan “Dağlar yuxunuz çin olsun”adlı kitabın. “Məhsəti” şairlər məclisinin iş otağıdan. Mən ümumiyyətlə böyük təmtəraqlı təqdimatları sevmirəm. Son zamanlar bu kitab təqdimatları lap toy dəvətnamələrinin gününə dönmüşdü. Yaxşı ki, bu pandemiya o işləri səhmana saldı. O kiçik məkanda nə qədər istiliyin və səmimiyyətin olduğunu özün gördün. O imza gününə gələn hər kəsi ürəyi çəkib gətirmişdir. Yadımdadır səni də yetərincə yordum, hətta oturmağa yer də olmadı ayaqüstə qaldın. Sona kimi də yanımda oldun. Əminəm ki, indi imza günlərində Emin Piri o qədər ayaq üstə gözləməz.

-Şəkilləri qar içində saxlamaq istəyi nə ilə bağlıdır? Çirkinliyi təmizlik içində qorumaq, ya?

Bəlkə elə bu sualına bu şeirlə cavab verim?- həm yerinə düşər, həm də sualının cavabı olar.

ŞƏKİLLƏR SAĞ QALIR...

Sən məni yaşayan xatirələrdə,

Sən məni sağ qalan şəkillərdə sev...

Boylan ürəyimin pəncərəsindən,

Ömrü küçə-küçə çək illərdən...sev !

 

Saxla qar içində şəkillərimi,

Adını "darıxmaq" sərgisi elə.

Adımı dilinin ucunda unut,

Qəfil unudulanlar cərgəsi ilə...

 

Hardasan, gecikdin, ömür tələsir,

Axşamdan sabaha ümid bir udum.

Səni doya -doya içimə çəkdim,

Səni şəkillərlə necə unudum?!!!

 

-Elə dəlisiyəm, gözləri yaşıl

Ürəyi ağappaq, sarışın qızın! Nədir bu sarışın sevgisi? Bizim olmayanlar bizə gözəl görünür bəlkə? Beləcə, əsmərlərin haqqını yemiş oluruq.

 

-Şair, deyəsən həssas nöqtələrdən ürəyə doğru addımlayırsız ha... Bu qeyd etdiyiniz beyt də bir şeirimdəndir. Hər kəsin bir dəli sevdası, bir könül tutqunluğu olur. Mənimki də YAŞILGÖZ, SARI SAÇ oldu. Bir neçə il öncə yazdım amma elə bir bənd də qaldı davamını yaza bilmədim...

Bəxtəvər başına sənin sevənin

Dünya nə vecinə evindəkinin.

Bilməyir qədrini sənin bəlkə də

Kim bilib qədrini əlindəkinin?!...

 

Söhbətləşdi: Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK