SON DƏQİQƏ:

İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? - TƏBİB açıqladı

  12923   |  
Şriftin ölçüsü  

Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da həkimlər və digər rəsmilər bunun əksini düşünür.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev Trend TV-yə bildirdi ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir:

"Qarşıdan yay gəlir. Ötən il yay aylarında koronavirusa yoluxmanın necə pik həddə qalxması hamımızın yadındadır. Sərt karantin rejiminə keçid olmuşdu, hər yer qapanmışdı və insanların evdən çıxışı SMS icazə ilə mümkün idi. Əgər həmin günlərin yenidən təkrarlanmasını istəmiriksə, hələ bir müddət də dözüm və anlayış göstərməli, tibbi maskadan istifadə etməliyik".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK