SON DƏQİQƏ:

NİZAMİ GƏNCƏVİ OBRAZI BƏDİİ ƏDƏBİYYATDA

  28813   |  
Şriftin ölçüsü  

AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi , filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olunub. Yeni kitab Ölkə başçısının 2021-ci ili Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan etməsi ilə bağlı Sərəncamı əsasında AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr edilmişdir.

Dünya mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, əsərləri dünya şeir xəzinəsinin nadir inciləri sayılan Nizami Gəncəvi yaradıcılığı Azərbaycan bədii-estetik fikrinin inkişafında yeni, orijinal bir mərhələ təşkil edir. Nizami Gəncəvi dühası əsrlərlə Azərbaycan şairlərinin yaradıcılıq yolunu işıqlandıraraq XIX əsrə qədər öz ədəbi məktəbini yaratmış və təkcə Azərbaycan deyil, dünyanın yaradıcı insanları bu məktəbdən bəhrələnmişlər.

XX əsrdə isə şairin yaradıcılığının öyrənilməsinə maraq və ehtiyac xüsusilə artmış və şairin ədəbi şəxsiyyəti özü artıq ədəbiyyatın bədii obrazına çevrilmişdir. Bu ədəbi-bədii nümunələrdə yazarların təxəyyülünü qidalandıran mənbələrdən birincisi şairin öz poemaları olduğu kimi, ilk ədəbi qaynaqlar da əhəmiyyətli rol oynayırdı. Günümüzə qədər Nizami Gəncəvi obrazının təsvirinə həsr olunmuş kiçik və irihəcmli bədii nümunələr məhz həmin ilkin mənbələr əsasında yazılmışdır. Şairin obrazının dövrün ictimai-siyasi təfəkkürünün prizmasından işıqlandırılması yazarların təxəyyülünə öz təsirini göstərmiş, yaranan bütün əsərlərin demək olar ki, əsas leytmotivinə çevrilmişdir. Ona görə də şairin obrazının bədii əsərlərdə inikasının hərtərəfli öyrənilməsi və obyektiv ədəbiyyatşünas nəzər-nöqtəsindən keçirilməsi bugünkü elmimizin qarşısında duran aktual məsələlərdəndir.

Monoqrafiya ədəbiyyatın bütün janrlarında şairin obrazının təsvirinin bədii cizgilərinin öyrənilməsinə həsr olunduğu üçün janrlararası fikir mübadiləsinin üzə çıxarılmasına, bəhrələnmə, iqtibas məsələlərinə nəzər salmağa, mərhələlərarası oxşarlıq və fərqlərin aşkarlanmasına imkan verir ki, bu da kitabda geniş şəkildə öz əksini tapmışdır. İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatı tarixində Nizami Gəncəvi qədər bədii ədəbiyyatda obraz olaraq canlandırılan və haqqında bədii əsərlər yazılan ikinci bir mütəfəkkir tapmaq çox çətindir. Bu da Azərbaycan xalqının Böyük Azərbaycanlı Nizami Gəncəviyə olan sevgisinin, məhəbbətinin təzahürüdür.

Öz dövründən etibarən müntəzəm öyrənilməyə, tədqiq və tərənnüm edilməyə başlayan Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığı ədəbiyyat tarixinin bütün dövrlərində də elmdə alimlərin, şairlərin, nasirlərin, dramaturqların daim diqqət mərkəzində olmuşdur.

Dahi mütəfəkkir haqqında sanbalı və səviyyəsi ilə diqqəti cəlb edən bədii əsərlərin mövcudluğu Nizami Gəncəvinin bir Azərbaycan şairi olduğunun və mənsub olduğu xalqın genetik yaddaşında daim zirvə təşkil etməsinin bariz nümunəsidir.

Monoqrafiyada dahi mütəfəkkir haqqında orta əsrlərdən bu günə qədər Azərbaycan bədii ədəbiyyatında yazılan şeirlər, hekayələr, poemalar, romanlar və pyeslər tədqiq və təhlil süzgəcindən keçirilərək işıqlandırılmışdır.

Monoqrafiyanın mühüm xüsusiyyətlərindən biri də odur ki, Nizami Gəncəvi haqqında yazılan bədii əsərlər təkcə müəllif mövqeyi ilə deyil, eyni zamanda həmin əsərlər haqqında yazılan elmi-tənqidi mətnlərin mütərəkliyi kontekstində araşdırılmışdır.

206 səhifədən ibarət olan monoqrafiya 200-dən çox mənbəyə istinadən qələmə alınmışdır.Monoqrafiya ədəbiyyatşünaslarla yanaşı, tarix, dilçilik, fəlsəfə və ümumən humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli tədqiqat əsəridir.

Vaqif TANRIVERDİYEV 

Gəncə.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK