adalet.az header logo
  • Bakı -°C
27 Mart 2026 17:04
71
MƏMLƏKƏT
A- A+

Mənzillərin qiyməti niyə bahalaşır?

Mənzil bazarında bahalaşma davam edir. Xüsusilə də, Bakıda bu artım  daha dərindən hiss olunur.Təbii ki, qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Çünki ən azından son illər , son aylar  tikinti materiallarının qiyməti də bahalaşıb. Bu, qiymət artımına baxmayaraq, sakinlər yeni  mənzillər almaqda israrlıdır.

Əmlak üzrə ekspert İlham Kərimli bildirir ki, bir çox adamlar əldə etdikləri vəsaiti  mənzil almağa yönəldirlər. Onlar düşünürlər ki, əldə pul, qızıl saxlamaqdan isə mənzilə yatırım etsələr daha sərfəli  və etibarlıdır.Məsələyə belə kontekstindən yanaşanlar haqlıdırlar. Ən azından ona görə ki. Bakıda mənzillərin qiyməti ucuzlaşmaq əvəzinə, hər ay yüksəlir.İkinci bir məsələ isə süni qiymət artımı ilə bağlıdır.

Bax , bu, süni qiymət artımı yaradan amilləri aradan qaldırmaq lazımdır. Buna da şərait yaradan mənzil bazarına  hegemonluq edən qüvvələrdir.O qüvvələr isə hər şeyə nəzarət edir, özlərinə sərf edəndə qiyməti aşağı salır, sərf etməyəndə qaldırırlar. Belə addımlar isə əhali arasında narazılıqlar yaradır, başqa sözlə demiş olsaq, mənzil bazarında xaosun baş alıb getməsinə rəvac verir. Görünən odur ki, mənzil bazarına diqtə edənlər bahalaşmadan milyonlar qazanır, ev alanlar isə böyük  maddı ziyana düşürlər!!!

Emil FAİQOĞLU