Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinlər. Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.
Piyadalara da tövsiyə olunur ki, yolu keçərkən diqqətli olsunlar, sürücülərin onları vaxtında görə bilməyəcəyini nəzərə alaraq qəfil hərəkətlərdən çəkinlər.
Dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyi hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.
Digər Xəbərlər
29 Mart 2026 15:07
Prezident Cəmil Əliyevi təltif etdi
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10
Bəzi ərazilərdə kollektorlarda problemlər yaranıb - BŞİH
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11
Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO
28 Mart 2026 10:00


Bakı -°C

