adalet.az header logo
  • Bakı -°C
29 Mart 2026 18:50
89
İDMAN
A- A+

Kosovo - Türkiyə matçının hakimləri açıqlandı

Türkiyə millisinin DÇ-2026-ya vəsiqə verən play-off-un Kosovo ilə final oyunu üçün hakim təyinatları açıqlanıb.

Adalet.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç tanınmış referi Maykl Oliverə tapşırılıb.

Priştinədəki "Fadil Vokrri" stadionunda keçiriləcək oyunda Oliverə yan xətdə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanah yerinə yetirəcək.

Qeyd edək ki, Kosova – Türkiyə matçı martın 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.