"ABŞ-nin başqa çarəsi qalmayıb" - Musəvi
Amerikanın radar şəbəkəsinin və logistikasının pozulması, eləcə də regionda Amerikaya itkilərin verilməsi davam edir.
Adalet.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik bölməsinin komandiri, briqada generalı Seyid Məcid Musəvi bildirib.
"İran kəşfiyyatının nəzarəti və zərbələri səbəbindən Amerikanın İran sərhədlərindən geri çəkilməkdən başqa çarəsi qalmayıb. AWACS təyyarələrinin qalıqları, yanacaq doldurma tankları və məhv edilmiş Amerika anqarları buna dəlalət edir. Tezliklə bu siyahıya digər vacib hədəflər də əlavə olunacaq", - deyə Musəvi qeyd edib.


Bakı -°C

