adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Aprel 2021 11:46
25282
GÜNDƏM
A- A+

Paşinyanın səfəri etirazla qarşılanır - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin cənub rayonlarına səfəri əhali tərəfindən etirazlarla qarşılanıb. Meqri və Syun rayonlarında baş haziri satqınçılıqda və xəyanətdə günahlandıran etirazçılar, onun kortejinin keçəcəyə küçələri bağlayıblar.

Etirazçılar Paşinyanı xəyənətkar, satqın şüarları ilə qarşılayırlar. Ara –sıra etirazçılarla polis arasında qarşıdurmalar baş verir.

Sərhəd yaxınlığında yaşayanlar hesab edirlər ki, yaxın ərazilərdə qurulan Azərbaycanın hərbi postları onlara təhlükə yaradır. Paşinyan bununla bağlı bəyan edib ki, bu ərazilərdə sadəcə olaraq sərhədlərin müəyyənləşdirilməsi işləri aparılır.

Ermənistanın müdafiə nazirliyi bildirib ki, problemli ərazilərin təhlükəsizliyi Rusiya sərhəd qoşunları tərəfindən mühafizə olunur. Rəsmi razılaşmalara görə onlar Gorus- David bek, həmçinin Gorus Qafan magistral yollarında təhlükəsis hərəkətə nəzarət edirlər.

Ermənistanın daxili işlər nazirliyi isə izah edib ki, rusiyalı sərhədçilər bu ərazilərdə Bakı və Yerevanın razılığı əsasında yerləşdirilib. Müharibədən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdə sərhədlərin razılaşdırılması işləri aparılır.

Rüstəm Hacıyev