SON DƏQİQƏ:

Bir küçənin igidləri

  16371   |  
Şriftin ölçüsü  

Vətənimizin hər bölgəsi öz qəhrəman oğulları ilə fəxr edir. Bu oğullar doğma torpaqlarımızın hər qarışı üçün canlarını fəda etməyə daim hazırdılar. Bu yazıda onlardan Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsinin iki vətənpərvər övladı haqqında danışmaq istərdim.

Həsənov Fərid Zöhrab oğlu 1992-ci il avqustun 6-da Ağcabədidə anadan olub.1998-ci ildə Əkbər Əliyev adına şəhər 12 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2009-cu ildə sözügedən məktəbi bitirib. 2010-cu ilin oktyabrından 2012-ci ilin aprelinə qədər Naxçıvanda Milli Ordu sıralarında hərbi xidmətdə olub.Orduda qumbaraatan kimi qulluq göstərib. 2012-ci ildən 2020-ci ilin sentyabrına qədər müxtəlif sahələrdə çalışıb.2020-ci ildə vətənin müdafiəsinə qalxan və könüllü olaraq ordu sıralarına yazılan minlərlə oğullarımızdan biri də Fərid oldu. Fərid snayperçi kimi fəaliyyət göstərib və xeyli sayda erməni döyüşçüsünü məhv edib. Füzuli ,Qubadlı,Cəbrayılda vuruşub. ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Qarabağın incisi olan Şuşanın alınmasından sonra “İsa bulağı” -nın müdafiəsini təmin edənlərdən biri olub.Sol biləyindən qəlpə yarası alan Fərid Füzulidə , Qubadlıda yaralıları döyüş meydanından xilas edib. Hüsülüdən olan əsgər yoldaşını xilas edən zaman 9 saat meşə ilə yol gedərək onu arxa cəbhədəki tibb məntəqəsinə çatdırıb. Fərid haqda onu tanıyan və xasiyyətinə bələd olan insanların fikirlərini almaq istədik. Sinif müəllimi Bəsti Mehdiyeva onunla bağlı fikrini bizimlə bölüşdü: “Fərid vətənpərvər ,ailəcanlı,böyüyüyün-kiçiyin yerini bilən idi. Hər zaman ehtiyacı olan insanlara qayğı göstərər , köməyini əsirgəməzdi. Onun bu cür vətənpərvər olması və şücaəti ilə fəxr edirəm. Bilirsiniz, Vətən, ana kəlmələrini öyrətdiyim şagirdimin vətəni bu cür sevməsi mənə necə qürur hissi verir? Allah Fərid və onun kimi oğullarımızı pənahında saxlasın.”

Haqqında məlumat vermək istədiyimiz daha bir Vətən Müharibəsi iştirakçısı Əhmədov İlqar Eldar oğlu 9 yanvar 1990-cı ildə Ağcabədi şəhərində anadan olub.1996-cı ildə Əkbər Əliyev adına tam orta məktəbinin 1-ci sinifinə gedib. 2007-ci ildə məktəbi bitirib. 2008-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağrılıb və ordu sıralarında sürücü kimi xidmət edib.2009-cu ilin iyuluna qədər Ağstafanın Soyuqbulaq kəndində “N” saylı hərbi hissədə artilleriya diviziyasında xidmət edib.Əsgərlikdən sonra bir sıra fəaliiyət sahələrində çalışıb. 2013-cü ildə “SOCAR”-ın nəqliyyat departamentinin” Ağcabədi Xidmət sahəsində” sürücü vəzifəsində çalışıb. 29 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı “Goran “ poliqonuna qatılıb , burada təlim keçdikdən sonra Füzuli, Zəngilan, Xocavənd, Qubadlıda vuruşub .”Qubadlının azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Dekabrın 7-dən mülki həyata qayıdıb. Hal-hazırda Tərətər Regional Qaz İstismar İdarəsinin Ağcabədi Qaz İstismar Sahəsində sürücü işləyir. Ailəlidir.2 övladı var. Oğlu Eldar 6,qızı Zərifə 4 yaşındadır. Onlar İlqar cəbhədən qayıdanda əllərindəki pulları atalarının başına yağdıraraq, sevinc göz yaşları içərisində “ Bəs noldu Paşinyan” deyə atılıb- düşüblər.

YAP Ağcabədi rayon təşkilatının Aparat rəhbəri, Hüsü Hacıyev küçəsinin sakini Nazim Bünyadov küçələrinin igid oğulları haqqında ağızdolusu danışdı.”Fərid də, İlqar da hər ikisi gözümüz önündə böyüyüblər. Çox tərbiyəli, sakit oğlanlardır. Amma bu sakit oğlanlar bizi elə təccübləndirdilər ki! Öz vətənpərvərlikləri , düşmənə nifrət hisslərini döyüş meydanında nümayiş etdirdilər. Könüllü cəbhəyə gedib sona qədər vuruşdular. Onların müharibəyə getmələri və qələbə ilə qayıtmaları bizim küçənin sakinləri üçün böyük bayram idi. Onlar küçəmizin adını göylərə qaldırdılar. Fəridlə İlqar hər cür tərifəlayiq oğlanlardır. Küçəmiz onlarla fəxr edir, qürur hissi duyuruq. Sağ olsunlar.Onlar əsl qəhrəmanlardır!”

Adil MİSİRLİ

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK