adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Aprel 2021 16:43
18505
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 301 661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib, aktiv xəstə sayı 31 953 nəfərdir.

Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.