adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Aprel 2021 10:37
27444
SAĞLAMLIQ
A- A+

ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb.

Adalet.az-ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, baş direktor bildirib ki, dünya əhalisi yaxın zamanda koronavirusun yayılmasının pik nöqtəsinə çatacaq. Yoluxma və ölüm halları artmağa davam edir, buna görə də tezliklə maksimal rəqəmlər ortaya çıxacaq:

"Dünyada həftəlik yeni yoluxma hallarının sayı son iki ayda təxminən iki dəfə artıb və bütün pandemiya dövründə gördüyümüz ən yüksək yoluxma sayına yaxınlaşır".