adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Aprel 2021 11:15
22356
MƏMLƏKƏT
A- A+

Ağdamın bombalar altında qaldığı vaxtların xatirəsi, Kino Fazilin evi - İlqar Əlfioğlu yazır

Ağdamın bombalar altında qaldığı vaxtların xatirəsi, əmim Kino Fazilin evi. Kadr arxasında dünən dünyasını dəyişmiş görkəmli telerejissorumuz, dostum Məhərrəm Bədirzadədir, səsi gəlir. Lent təsadüfi çəkildiyindən, mənim üçün çox qiymətlidir. İndi, nə əmim Fazil var, nə redaktorum Mülatif Adurov... Məhərrəm də, dünən onların səfinə qoşuldu.

Çox qəribə gün idi, hökümət arağı qadağan eləmişdi, Fazil hardansa, tapıb gətirdi. Mülatif dirəndi ki, mən geydirmə araq içmirəm. Fazil ha üz vurdu ki, içməsən, alınmaz, olmadı. Üçümüz yarıdan çoxunu vurduq, qalanı qaldı, içində nə vardısa, yıxılıb elə bombaların səsi altında, mışıl-mışıl yatdıq...

Gecənin bir aləmi sınan qab-qacağın gurultusuna dik atıldıq, elə bildim, evə alazan düşüb. Fazil tələsik işığı yandıranda, nə görsək yaxşıdı - Mülatif yorğana bürünüb, şkafı eşələyir, qablar tökülüb sınanda, o da, diksinib. Bu mənzərəni görən Fazil səsini uçaltdı: Ə-ə, Münasib, nə axtarırsan, araq? Mülatif pərt-pərt çiynini çəkdi, Fazil dilləndi: Ə-ə, sənə demədim ki, iç? Niyə içmədin? Demədim ki, içməsən, yata bilməyəssən?..

Mülatif yenə çiynini çəkdi, gözü yarımçıq araq şüşəsinə sataşan kimi, qoltuğuna vurdu, bir şor xiyar, bir nəlbəki də soğanla narça götürüb, dinməzcə otağına yollandı...

Səhər açılanda, bombaların səsi də kəsmişdi, amma Mülatifi oyadana kimi, xeylaq çəkdi...

Hər üçünüzün ruhu şad olsun! Onsuz da, hamı oralıqdı...