Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Adalet.az-ın məlumatına görə, ölkə üzrə 2 483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3,6 milyon seçicinin adı salınıb.
Bildirilir ki, seçkilər seçicilərin 30 faizdən çoxunun səs verəcəyi halda etibarlı sayılacaq.
Səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.
Digər Xəbərlər
24 Aprel 2024 20:46