adalet.az header logo
  • Bakı 7°C
10 Aprel 2021 09:45
43786
İDMAN
A- A+

La Liqada növbəti “El-Klassiko” həyəcanı yaşanacaq

Aprelin 10-da İspaniya çempionatında ən çox gözlənilən qarşılaşma baş tutacaq.

Adalet.az xəbər verir ki, La Liqanın 30-cu turu çərçivəsində Madrid “Real”ı ilə “Barselona” üz-üzə gələcək.

Görüş kral klubunun “Alfredo di Stefano” stadionunda keçiriləcək.

Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, hazırda “Real” 63 xalla çempionatda üçüncü, “Barselona” isə 65 xalla ikinci pillədə qərarlaşıb.