SON DƏQİQƏ:

İtaliya mətbuatı Qarabağdakı mina təhlükəsindən yazdı

  9983   |  
Şriftin ölçüsü  

İtaliyanın “Politicamente Corretto”, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinə barədə məqalələr dərc edilib.

Adalet.az xəbər verir ki, məqalələrdə Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Mübarizə Günü münasibətilə ADA Universitetində təşkil olunmuş tədbirdə səsləndirilmiş fikirlərə geniş yer verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi bir təhlükə yaratdığını, eləcə də sosial-iqtisadi inkişafa mane olduğunu vurğulayıb.

H. Hacıyev bildirib ki, ölkələr tərəfindən minalara qarşı mübarizə şəraitinin yaradılması və səylərin inkişaf etdirilməsi məsələsi çox vacib əhəmiyyət kəsb edir. Bu, xüsusən də minalardan zərər çəkmiş ölkələrə aiddir. Təəssüf ki, Azərbaycan minalardan zərər çəkmiş ölkələr kateqoriyasına daxildir. Həmçinin vurğulanıb ki, hərbi əməliyyatlar zamanı və ya hərbi vəziyyətlərdə mülki şəxslər hədəfə alınmamalıdır.

Prezidentin köməkçisi, eyni zamanda, vurğulayıb ki, azad olunmuş ərazilərində qalan hər bir mina Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına və mülki əhaliyə təhdid təşkil edir.

Hikmət Hacıyev xüsusi qeyd edib ki, minaların yaratdığı əlillik ağır fəsadlarla müşayiət olunur, qurbanlar, onların ailələri və ümumilikdə cəmiyyətin rifahına mənfi təsir göstərir. Minaların qurbanları ölçüyəgəlməz dərəcədə fiziki ağrı, psixoloji və emosional zədə alırlar. Piyada əleyhinə minalar Ermənistan tərəfindən məqsədyönlü qisas strategiyasının bir hissəsi kimi mülki əhalini terrora məruz qoymaq və təxminən 30 ildən bəri davam edən etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırılmasını əngəlləmək üçün istifadə olunur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməməsi məsələsinə də toxunan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın xəritələri verməkdən imtina etməsi də iki ölkə arasında sülh və etimadın yaranmasına mənfi təsir göstərir, ölkələr arasında, eyni zamanda, bölgədəki sabitliyi və əmin-amanlığı əngəlləyir. İşğaldan azad edilmiş ərazilərə səpələnmiş minalar sosial-iqtisadi inkişafa mane olur və 2030-cu ilədək davamlı inkişaf proqramı çərçivəsində Azərbaycanın hədəflərinə çatmaq üçün ciddi maneə törədir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərini minalardan və digər partlayıcı qurğulardan təmizləmək Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.

Sonda Hikmət Hacıyev diqqətə çatdırıb ki, minaların basdırılması çətin olmasa da, onların çıxarılması son dərəcə ləng, təhlükəli və bahalı bir işdir. Minaların təmizlənməsi Azərbaycan hökumətinin prioritetlərindən biri kimi müəyyən edilib.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK