adalet.az header logo
  • Bakı 7°C
06 Aprel 2021 10:20
39592
ŞOU-BİZNES
A- A+

Xatun vəfat etmiş qardaşından yazdı: “Canım yanır”

“Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, atam, dostum, qardaşım, can parçam, sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram. Dünyanı boz görürəm, sanki bütün gözəl rənglər səninlə birgə yoxa çıxıb. Bilmirəm, necə özümə gələcəm, nə vaxt ayağa qalxacam?!”

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Xatun vəfat edən qardaşı stilist Balaş haqqında yazıb:

“İki gül balan mənim ən böyük təskinliyimdir. Rəbbim mənə güc, möhlət, imkan versin. Ki, İnşaAllah, körpələrin üçün arzuladığın həyatı onlara yaşada bilim. Gözəl qızların Uca Allaha, sonra mənə əmanətdir. Yerin hər zaman görünəcək, mənim gözəl qəlbli qardaşım”.

Rövşən Tahir