SON DƏQİQƏ:

Görünməz düşmən: hepatit və ya erkən yazılmış vəsiyyətnamə

  41595   |  
Şriftin ölçüsü  

Son bir ildə dünyanı təhdid edən COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi digər infeksion xəstəlikləri sanki arxa plana keçirmiş, görünməz düşmənə çevirmişdir. Belə xəstəliklər sırasında insan sağlamlığı üçün təhlükəli olan hepatitlər xüsusi yer tutur. NaxçıvanMuxtar RespublikasıSəhiyyə Nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynab Mustafayeva ilə müsahibə də bu barədədir:

-Naxçıvanda bu gün hepatitlərə yoluxma ilə bağlı vəziyyət necədir? Hepatitlərinaşkarlanmasıvəmüalicəsihaqqındanədərəcədə nikbin danışmaqolar?

-Hepatit B və C infeksiyaları bütün dünya ölkələrində yayılmışdır. Hazırda yer kürəsində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Ölkəmizdə, eləcədə müxtar respublikada da bu xəstəlikdən əziyyət çəkən insanlar var. Muxtar respublikada Hepatit B və C xəstələrinin sayının artması hələ 2017-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisin Müşavirəsində müzakirə olunmuş və qarşısının alınması üçün aidiyyati orqanlara tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi tərəfindən Hepatit B və C virus xəstələrin müayinə, müalicə və profilaktika tədbirləri hər il araşdırılır, müntəzəm olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Səhiyiyə nazirliyinin kollegiyasının iş planına uyğun olaraq bu xəstələrin müayinəsi, müalicəsi və profilaktikası tədbirləri mütəmadi yoxlanılır.

Muxtar Respublikada qanla kecən infeksiyaların ( Hepatit B, C, QİÇS və HİV) müayinəsinə 2006-cı ildən başlanılıb. Əvvəlki illərdə ancaq donorlar müayinəyə cəlb olunurdu. 2009-cu ildən idən obliqat qruplar, 2012-ci ildən donorlar, obliqat qruplar, bütün əməliyyat olunanlar və hamilələr, hazırda isə qeyd olunanlarla bərabər, nigaha daxil olanlar və könüllüllü müraciət edənlər də müyinələrə cəlb edilirlər.

Hazırda əməliiyat aparılan, eləcə də doğuş və abort həyata kecirilən bütün dövlət və özəl tibb müəssilərində Hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri aparılır. Ekspres metodla aşkar olunan xəstələrin hamısı diaqnozun təsdiqi üçün Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə və Profilaktika şöbəsinə göndərilir.Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə və Profilaktika şöbəsində Hepatit B, C və QİÇS xəstələrinin diaqnostikası İFA, Luis xəstərinini diaqnostikası isə Mərkəzin Dəri-zöhrəvi şöbəsində TEPAŞ müayinələri ilə həyata keçirilir.

Əməliiyat olunan bütün xəstələr, doğuşlar, ekspres metodla müayinə olunurlar. Nəticə müsbət olan hallarda xəstələr Yolxucu Xəstəliklər Mərkəzinə göndərilir. Respublika Xəstəxanası, Kardiologiya Mərkəzində əməliyyat olunanların, Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində hamilələrin, əməliyyat olunanların, doğuşların müayinəsində ekspres testdən istifadə olunur. Təkcə ötən il test nəticəsi müsbət olan 9 hepatit B, 1 hepatit C, 1 HİV xəstəsi QİÇS Mərkəzinə göndərilib. Bu şöbənin diaqnostik laboratoriyaları beynəlxalq standartlara uyğun təşkil edilib və müasir avadanlıqla təchiz olunub. İndi ölkənin hər hansı dövlət tibb müəssisəsi kimi bu şöbəyə də müraciət edib müayinədən keçmək olar.

Əməliyyat və doğuş həyata keçirilən rayon mərkəzi xəstəxanalarında xəstələrdə qanla keçən infeksiyaların profilaktik müayinəsi aparılır.

-Muxtar respublikada xəstələrin müalicə və dispanserizasiyası necə təşkil edilib?

-Virus B,C hepatit xəstələrin müalicəsi Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinin Yoluxucu, QİÇS, Dəri-Zöhrəvi Xəstəliklər bölmələrində aparılır. COVİD-19 pandemiyası ilə bağlı 2020-ci ildə Mərkəzin Yoluxucu Xəstəliklər şöbəsində virus hepatit xəstələr arasında stasionr müalicə alan olmayıb. 100-dən çox hepatitli xəstəyə ambulator müalicə təyin olunub.Virus hepatitli xəstələrin müayinə və müalicəsi klinik protokola uyğun olaraq xüsusi komissiya tərəfindən həyata keçirilir. Müalicədə xəstənin vəziyyəti nəzərə alınmaqla virus əleyhinə preparatlardan və ya onların kombinasiyasından istifadə olunur. Mərkəz tərəfindən qeydiyyata alınan hepatit B, C, QİÇS və LUİS xəstələrin registri yaradılıb, regionlar üzrə xəstələrin adlı siyahısı dəqiqləşdirilib, sağalan, ölən, köçən xəstələr qeydiyyatdan çıxarılıb.

- Hepatitlə mübarizə sahəsində Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin də üzərinə müəyyən vəzifələr düşür.

-Ötən il Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS şöbəsi tərəfindən aşkar ounan 75 hepatit B daşıyıcı, 1 hepatit B xəstə, 36 hepatit C, 4 HİV xəstə haqqında Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilib. GEM şöbələri tərəfindən bölgələr üzrə epidomioloji araşdırmalar aparılıb. Hər bir xəstədən epidemioloji anamnez toplanılıb, yoluxma oçağı müəyyən edilməyə çalışılıb.Onlarla təmasda olanlar müayinələrə cəlb edilib, maarifləndirici söhbətlər aparılıb.

GEM-lər tərəfindən gözəllik salonlarının, bərbərxanaların, ərazidəki stomotoloji kabinələrin sanitar-gigiyenik fəaliyyətinə, əməliiyat aparılan tibb müəssilərində sterilizasiya təbirlərinə ciddi nəzarət olunur. Ötən il obliqat qruplarında çalışan 549 nəfər tibbi müayinədən keçirilib.

- Xəstəliyn daha etibarlı profilaktikasına nail olmaq üçün hansı tədbirlərin icrasına üstünlük verilir?

- Muxtar respublikada böyük və kiçik əməliyyatlar, doğuş, abort həyata kecirilən bütün dövlət və özəl tibb müəssilərində Hepatit B və C viruslarının, eləcədə qanla keçən digər infeksiyaların müayinəsi üçün ilkin olaraq ekspres metodla müayinələr aparılir. Xəstələrdə qanla keçən infeksiyalar aşkar edildikdə tibbi personlların və xəstə yaxınlarının təhlükəsizliyi üçün planlaşdırılmış tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Doğum Mərkəzində, Diaqnostika Müalicə Mərkəzində, Kardiologiya Mərkəzdə, Yoluxucu Xəstəliklər Mərkəzində, Naxçıvan şəhər poliklinikasında, Naxçıvan şəhərindəki “Şəfa” özəl Tibb Mərkəzində qan götürmə otaqlarında dezineksiyaedici məhlullar təlimata uyğun hazırlanır. Hər xəstədən sonra iş masası müasir dezinfeksiyaedicilərlə silinir.Tibbi personallar maska və əlcəkdən istifadə edirlər.

Bütün obliqat qruplarda, nigaha daxil olanlarda, könüllü müraciət edənlərdə qanla keçən infeksiyalar, eləcə də virus B və C hepatitinə görə müayinələr artırılır, xəstələr, daşıyıcılar vaxtında aşkar olunaraq, ünsiyyətdə olduğu adamlar müayinələrə cəlb edilirlər.

Tibbi tullantıların zərərsizləşdirilməsi, yuyucu məhlulların hazırlanması, alətlərin sterilizasiyası tədbirləri təlimata uyğun aparılır. Əməliiyat olunan bütün xəstələr, doğuşlar, ekspres metodla müayinə olunur.

Bütün yenidoğulanların əksəriyyətinə doğum şöbələrində 12 saat ərzində, sonra isə qrafikə uyğun olaraq B hepatitinə qarşı peyvənd vurulmasına ciddi nəzarət edilir. Naxçıvan MR Doğum Mərkəzində 2020-ci ildə 3min 180 yenidoğulana Hepatit B peyvəndi vurulub. Bu tədbirlər rayon mərkəzi xəstəxanalarının doğum şöbələrində də icra olunur.

Muxtar respublikada qan və onun komponentlərinin götürülməsi, saxlanması və köcürülməsi işi ancaq Mərkəzi Qan Bankı vastəsilə həyata keçirilir, gigiyenik və əksepidemik tədbirlərə ciddi nəzarər edilir.

Xəstəliyin vaxtında aşkar edilməsi, müalicəsi və qeyd olunan profilaktik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi muxtar respublikada Hepatit B, C və digər qanla keçən virus xəstəliklərinin qarşısının alınmasına, onların sayının daha da azalmasına kömək edir.

-Muxtar respublikada cari ildə hepatitə qarşı hansı tədbirlər nəzərdə tutulur?

-Nazirliyin bu il fevral ayında keçirilən kollegiya iclasında “Muxtar respublikada Hepatit B, C və qanla keçən virus xəstələrin müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması haqqında” məsələ müzakirə olunub, müvafiq qərar qəbul edilib. Əməliyyat aparılan və doğuş həyata keçirilən dövlət və özəl tibb müəssisə rəhbərlərinə xəstlərdə Hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələrın aparılması, doğuş həyata keçirilən əməliyyat otaqlarında, stomatoloji kabinələrdə sanitar-gigiyenik və əksepidemik tədbirlərə nəzarətin daha da gücləndirilməsi barədə tapşırıq verilib.

Hazırda qanla təmasda olan tibb heyyətin qorunması məqsədilə onlara qrafikə uyğun hepatit B virusuna qarşı peyvəndin vurulması davam etdirilir.

 

 

Muxtar respublikada əhali arasında səhiyyə maarifi işinin daha da artırılması məqsədilə Vrus B və C hepatitinin yoluxma yolları və onlardan qorunma tədbirlərinə aid bukletlər hazırlanıb paylanılması və digər tədbirlər da nəzərdə tutulub.

-Zeynəb həkim, xoşbəxtlik sağlamlıq kimidir, nə vaxt onun haqqında düşünmürsən, deməli o var. Sizcə, bizim əhali yalnız xəstələnəndə həkimə müraciət edir, yoxsa profilaktik olaraq mütəmadi şəkildə lazımi müayinələrdən keçir?

- Suala birmənalı şəkildə cavab vermək çətindir. Bütün maarifləndirmə işilərinə baxmayaraq, camaatın hepatit haqqında məlumatı qənaətbəxş deyil. Bizdə əsas problemlərdən biri də insanların hepatit müa­yinələrə meyl göstərməməsidir. Məsələn,belə hallar mövcuddur ki, evliliyə hazırlaşan qız hepatitə yoluxubsa, ailəsi bunu gələcək qohumlardan gizlətməyə üstünlük verir ki, birdən evlilikdən imtina edərlər. Halbuki, söhbət Hepatit B-dən gedirsə, bir peyvənd vəziyyəti düzəldər. Hepatitli xəstələrin xəstəlik haqqında susması digərlərinin yoluxmasına da yol aça bilər. Yaxud stomotoloqa gedəndə bu barədə sussa, stomatoloji alətlər ciddi şəkildə sterilizasiyadan keçməsə, növbəti pasiyentin hepatitə yoluxması ehtimalı var. Hepatit B və C infeksiyaları bir çox insanların qorxulu röyasıdır. Onlara hələ də elə gəlir ki, bu virusa yoluxma həyatla vidalaşma deməkdir.

İllər əvvəl tanıdığım bir qadının səhhətində problem yaranmışdı, deyir həkimə getdim, analiz verdim. Məndə Hepatit C tapıldı. Şoka düşdüm, "artıq ölürəm!" deyə fikirləşirdim. Xəbər tutanlar elə düşünürdülər ki, mənimlə bir masada çörək kəssələr, onlar da hepatit C-yə yoluxacaqlar. İşdən çıxıb evə qapandım, ailəmdən xəlvət vəsiyyətnamə yazdım.

Qadına izah etdim ki, min dərd varsa, minbir dərmanı da var. Evə qapanmaqdansa, sağalması üçün mübarizə aparsın. Tövsiyyəmi dinləyib xəstəxanaya yollandı. Odur ki təkrar edirəm: İnsanlarda yanlış təsəvvürləri aradan qaldırmaq üçün səhiyyə maarifinin gücləndirilməsinə ehtiyac var.

-Həkim, hepatit virusuna yoluxmuş tanışınızın sağlamlıq durumu necədir? Yazdığı vəsiyyətnamə öz qüvvəsində qalırmı?

-O artıq sağalıb. Erkən yazdığı vəsiyyətnaməni isə cırıb atıb.

-Müsahibə üçün sağ olun!

 

Hüseyn Əsgərov

NaxçıvanMuxtar RespublikasıSəhiyyə Nazirlii mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, əməkdar jurnalist

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK