adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Mart 2021 11:09
27591
DÜNYA
A- A+

Lukaşenko səlahiyyətlərini bölüşməyə hazırlaşır

Belarusda Aleksandr Lukaşenkonun əlehdarları əhalkni yenidən etiraz yürüşlərinə çağırırlar. Lakin küçələr hələki hökumətin nəzarəti altındadır. Prezident Lukaşenko isə səlahiyyətlərinin bir hissəsini digər dövlət strukturlarına ötürülməsi üçün Konstitusiya reformalarının yollarını aramaqdadır.
 

Yeni siyasi partiyalar prezidentə kömək məqsədilə yenilənmə məsiliyyətlərini öz üzərilərinə götürməyə hazır olduqlarını bildirirlər.  RİA Novosti  bununla bağlı araşdırma aparır.
 

Belarusda sözün əsl mənasında təkcə yaz havası deyil, eyni zamanda siyasi havalarında qızışan zamanıdır. Aleksandr Lukaşenko səlahiyyətlərin dövlət strukturları arasında bölünməsi məsələsini müzakirə etmək üçün, çoxsalı yığıncaqlar keçirməkdədi. Hazırki Konstitusiyaya görə, demək olar ki,  bütün səlahiyyətlər prezidentin əlində cəmləşib. Hər hansı böhran vəziyyətində nazirlər, deputatlar və müəssisə rəhbərləri ölkə prezidentinin göstərişi olmadan hansısa tədbirlər görmək imkanlarından məhrumdurlar. 
 

Lukaşenko səlahiyyətlərinin bir hissəsini fəhlələrin, elm və mədəniyyət xadimlərinin, parlamentarilərin cəmləşdiyi Ümumbelarus xalq yığıncağına ötürülməsini təklif edib. Onun təklifi nazirlər kabineti və region rəhbərləri tərəfindən bəyənilib. Onlar Lukaşenkonun təklifinin təkcə Ümumbelarus xalq məclisinin deyil, həmçinin siyadi partiyaların da ölkə idarəçiliyində rolunu artıracaq.
 

Belarus Ədliyyə nazirliyi siyasi partiyaların yenidən qeydiyyatına başlayıb  və əvvəlcədən xəbərdarlıq edib ki, keçmiş "qvardiyanın" üzvlərinin heç də hamısı bu proseduru keçə bilməyəcək. Lakin onlara yeni bloklar və birliklər tərkibində qeydiyyat imkanları yaradılacaq.
 

Lukaşenko bəyan edib ki, səlahiyyətlərin bölünməsində tələsmək olmaz. " Hamısını bir yerdə həll etməyə tələsməməliyik. Bu evalyusiya mərhələsidir. Bir sıra məsələlərin həlli bu gün vacibdir, digər məsələlərin həyata keçirilməsinə isə hələ vaxt, zaman var və bu səlahiyyətlər ötürülməyəcək".
   
Rüstəm Hacıyev