SON DƏQİQƏ:

Aqil ABBAS: QƏDİR RÜSTƏMOVUN OV MACƏRALARI VƏ YOLUMUZUN ÜSTÜNƏ ÇIXAN QARA PİŞİK

  32956   |  
Şriftin ölçüsü  

Bu yazının ərəblərin ov eləməsi ilə  bağlı  heç bir əlaqəsi yoxdu. Elə baxıram ki,  mətbuat və sosial şəbəkələr hamısı ovdan yazır, ovçuluqdan yazır. Və ümumiyyətlə, ovçuluğu vəhşilik  adlandıranlar da var.

Mən də ov həvəskarıyam. Əvvəllər çox gedərdim, amma ov yoldaşlarımın bəziləri rəhmətə getdiyindən, bəziləri  isə mənim kimi yaşlaşdıqlarına görə son illər ov məni maraqlandırmır, hərdən ürəyimdən keçsə də.

Hətta İctimai Televiziya bir zamanlar  mənimlə bağlı «Ovçu» adlı sənədli film çəkmişdi. Məndən əvvəl də Vaqif Səmədoğludan çəkmişdilər.

Vaqif Səmədoğlu  əsl ovçu idi, quşu gözündən vururdu. Amma onunla bir yerdə  ova getmək  qismət olmadı.

Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer  Lopez də.

Ovçuluğu  atamdan öyrənmişəm.  O vaxtlar doğulduğum kənddə ov quşlarını  sapandla da  vurmaq olardı. İndi lampayla da axtarsan tapmazsan. Tüfəngi götürüb  çıxardı elə kənddəki  bağımıza, iki-üç  turac vurardı. Ya da kənddən çıxardı  taxıl  zəmilərinə, bildirçin vurardı. Mənə də güllə atmağı öyrədərdi. Biz Ağdama  köçəndən  sonra atamın Ağcabədidəki sovxozundan Ağdama   iki yol gəlirdi – biri Hindarxdan, biri  də Haramıdan, Mərzilidən. Haramı  yolu  ağır  yol idi, yəni kənd yolu. Əvvəllər  iş yeri Ağdamdan  uzaq olduğundan həftədə bir dəfə gələrdi. Hər dəfə gələndə də ya iki-üç turac, ya da iki-üç kəklik gətirərdi.  Yəni  evimizdən  ov quşu əskik olmazdı. Anam ov əti yeməzdi. Çox qəribədir ki, xanımım da  ov əti yemir.

Atamın  tüfəngi həmişə maşında yanında olardı. Sürücüsü  öyrənmişdi necə sürsün  ki, atama yön versin.

Ağdama  köçəndən  sonra atam heç vaxt məni ova aparmadı, amma…

(Yazının bütöv variantını "Ədalət" qəzetinin sabahkı sayında oxuya bilərsiniz)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK