adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Mart 2021 09:16
27486
HÜQUQ
A- A+

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Adaletaz-ın məlumatına görə, iclasda əfvlə bağlı yeni müaraciətlərə baxılacaq.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 750-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.