adalet.az header logo
  • Bakı 18°C

"Şahnaz, Dadaş, İmam Əli" - Orxan Saffari yazır

Orxan Saffari
80322 | 2021-03-04 17:07

- Götürək də bundan?

- Əlişin maşınıdır, axı, üstü açılar sonra, yaxşı deyil, Səbail üzümüzə tüpürər, qardaş canı.

- Əşşi, heç kimə deməsək, bilən olmaz. Sən çənəni bərk saxlasan, yaxşı olacaq.

- İşverənliyimi görmüsən, ala?! Öz uşaqlarımızla söhbət edirik də. Nə bilim e, amma. Belə yaxşı çıxmır da, bir-birimizin üzünə baxırıq, salam veririk, haqqı-salam var da arada, qardaşım.

- Alə, oğrusan, get oğurluğunu elə də, bu nə “panyatka” damarıdır tutub?

- Oğru olanda nə olar? Oğru da kişidi də....

***

Dadaşa dediyim bu sözlər də onu fikrindən yayındırmırdı. Düzü, bunu eləmək içimdən gəlmirdi, amma həm də pulsuzluq vadar edirdi deyə, qalırdım qırıla-qırıla.

***

- Dadaş, mən bacarmayacam, sənöl, bu dəfə mən yoxam, istəyirsənsə, Aqulikə denən, o gəlsin səninlə.

- Alə, indi Aquliki hardan tapım?! Allah bilir, harda zırranır. Bu dəqiqə Əliş də düşəcək, maşın açıqdı onsuz, özü də "xoddanılı" vəziyyətdə. Mən ətrafa baxıram, sən tez çıxart onu. Pionerdi də, ala, təzələrdən. 60-70 manatımız var. Şahnaz da pul gözləyir onsuz...

- Söydürəcəksən Şahnazı da, özünü də. Gözləsin də. Sonra verərik.

- Nə gözləsin, e? Nəyi gözləsin?Yanına gedib sevişəndə belə demirdik amma. Sağ olsun, başa düşür bizi. Elə olsun ki, bir də gedə bilək də.

***

Düzü, bu sözdən sonra haqqı-salam da yadımdan çıxdı. Şahnaz adını eşidəndə həmişə belə oluram. Gözümün qabağına ara məhlədə balaca kafesiolan, hamımızın yığışdığı o doğma məkan,Şahnaz gəlir, qəribsəyirəm.. O Şahnaz ki, bu tərəflərdə nə qədər uşaq “kişiliyini” ilk dəfə onunla sübut edib. O Şahnaz ki, böyükdən-kiçiyə çoxunun güman yeridir. Arvadından bezən kişilər, rayondan şəhərə işləmək üçün gələn fəhlələr, toyda-bayramda ağsaqqallıq edən, 70-i adlayan impotent babalar, hər kəsin, hər kəsin sevimlisidir Şahnaz.

Amma Şahnaz da, Şahnaz ola haa. Mən deyim 80 kilo, tərəzi göstərsin 90 kilo. Qabaq dişləri qızıl, nə vaxt da baxsan kafedə nəzik ipli, sinəsinin üstü açıq qalan xalatla gəzir. O qədər yekədir ki, döşləri, üstündəki damarlar da adama ehtiras verir. Kafeyə təzə-təzə dadanan balaca uşaqlar da onun eşqinə bura gəlir, Şahnazın onlara xoş davranışından kayfa düşürlər. O da qoca sənətkardı, axı. Bilir necə etmək lazımdı. 15-16 yaşlı uşaqlara çayverib,əyilibhərəsinidə bir dəfə öpür, sinəsini göstərir, hərdən də sürtünür, bəsdi. Onunla da yoxdular həyatda. Kafedən çıxan kimi də “ala, gördün? xoşu gəlir də, istəyir onnan yatım” söhbətləri gedir. Açığı, ilk əvvəllər mən də belə aldanmışdım Şahnaza... Hələ lap uşaq olanda. Mən deyim 13, siz deyin 14 yaş.

Şahnaz... Uşaqlığımızın ən şirin, ən gözəl xatirəsi, ilk qadınımız...

***

- Tez elə, baxıram, sök pioneri- Dadaşın səsinə diksindim.

- Noooldu, götürə bilmədin?- ürkək səslə Dadaşa dedim..

- Sən canı,gəl- Dadaşın əlindən tutub ehmalca özümə tərəf dartdım..

Ya Əli, Ya Əli can

Vallah, Əli bir nurdu onun bənzəri olmaz

Dünya deyilən evdə ona müştəri olmaz

Məndən Əlinin nokərinin nokəri olmaz.

Ya Əli, Ya Əli, can

Pionerdən səslənən bu mərsiyə içimə qəribə bir iman gətirdi. İlk dəfə idi ki, özümlə fəxr edir, əsl oğru kimi davrandığımı düşünürdüm... Elə bilirdim, Allah bütün günahlarımı bağışlayacaq. Bibiheybət məcsidindən camaat namazı qılınan vaxtı oğurladığım ayaqqabılara görə pis olmamışdım heç, amma mənə elə gəldi ki, indi burdan oğurluq eləsəm, qiyamət günü əllərim, gözlərim məni bağışlamaz...

- Yox, Dadaş, onda mən baxıram, sən götür, əlim gəlməyəcək-dedim. Ay bləəət- deyib tərəddüd eləsə də, razılaşdı.

Ətrafa boylandım. Gələn-gedən yox idi, amma harda olsa, Əliş özü gələcəkdi. Yəqin, evdə nəsə qalıb, onu götürür. Həmişə belədi bu, benzinə də heyfi gəlmir. Neçə dəfə buna görə maşının "akumliyatoru"-da yatıb.

***

- Dayan da, ala, aptekdən dərman almıram e, "maqintafon"oğurlayıram.

- Tez elə, tez elə, görən olsa, batdıq- deyib, maşına tərəf gedəndə, qulaqlarım dalağımla bir yerdə sancdı!

Birtəhər oldum. Ürəyim köksümdə necə çırpındısa.. Heç ilk dəfə oğurluq edəndə, etdiyim oğurluqda tutulanda belə həyəcanlanmamışdım.

- Ala, dayan, Dadaş, neynirsən sən? Mahnıya bax da. Günahdı sənöl! Gəl buyana.

- Başın qaçıb? Nə günah? Bu oxumasa savab olacaqdı etdiyimiz?! Xəstəsən sən?

Duruxub maşına tərəf zilləndim. Qapı açıqdır deyə, səs bir az yüksək çıxırdı;

Ya Əli, Ya Əli, can,

Kimlər Əliyə ziddi savab dəftəri olmaz

Ya Əli, Ya Əli, can

***

- Eeee, olmadı da, sən öl, imanlı çıxmısan başımıza? Neyləyək indi, necə edək? hardan pul tapaq?- Dadaşın bu narazı sözləri içimi daha da rahatlaşdırdı.

Doğru yolda, Əli yolunda olduğumu anlayırdım sanki...

- Alə, Məsciddən ayaqqabı fırladanda Əli niyə yadına düşmürdü? Bura qalmışdı savab qazanmağın? - Dadaş özü üçün deyinir, mən isə hələ də bunun təsirində düşünürdüm.

Amma pul.. Şahnaz..

... Düzü, həmin gecə özümü nə qədər müqəddəs hiss eləsəm də, oğurluqdan da çəkinmədim. İndi o günlər bədənimdən bir sızıltı kimi keçir. Hər dəfə İmam Əlinin mərsiyyəsini dinləyəndə gözümün qabağına o hadisə gəlir, elə xoşhallanıram ki...

Hər şey dəyişib axı indi.

Əlişinin maşını da, Şahnazın kafesi də.. Daha da böyük kafe götürdü, oranı işlədir. Cürbəcür şokoladlar, çərəzlər də verir çay ilə. İstəyəndə, limonu da 2-3 dilim artıq qoyur. Əməlli başlı "ofisiantka" olub bizim Şahnaz..

Qocalıb bir az da...

Mənim yeniyetməliyimin qadınları da sonradan gözəlləşdi, dəyişdi. Şahnazı bəyənmədim. Amma deyəsən, o vaxt onu sevirmişəm. Ya da, gənclik bağlılığı. Dəqiq bilmirəm..

Arada yolumu Şahnazın yeni kafesindən salırdım. O qədər ruhsuz, yanlız ətdən ibarət bir qadındır ki, ona baxıb hiss edəcəklərimi heç vaxt düşünməz, özünə desəm, "canım mənim, hihihi" deyib, gülər..

Dadaş... Həbsdən çıxmağına hələ 6 ili var, Moskvada zondadır. Arada danışırıq, Şahnazı da soruşur.

O günlərdə yenə danışdıq. Dedim, axrıncı dəfə Şahnazın kafesinə gedəndə qoca kişilərlə qol-boyun araq içirdi, Dadaş..

- Yaxşı da, sən çoxdandı orda yox idin, görəndə tanıdı səni? Nə dedi?

- Tanımağına tanıdı, deməyinə də heç nə demədi. Amma mən ona baxanda gəncliyimizi gördüm. Sənin hazırda puç olan, mənim ortalıqda qaldığım gəncliyi, kürəyimizin arasında axıb gedən tər kimi yeniyetməliyimizi.

-Tez gəl, Dadaş, özümə maşın almışam...

- Aqulik dedi, hə, xeyirliolsun. Mənə bax, pioner də var?!- içimi necə dəlib keçdi bu söz..

- Var, Dadaş, amma bilirsən də nəyə qulaq asıram.

- İmam Əliyə?

- Hə...

- Sən düzəlməyəcəksən, imanlı oğru..

TƏQVİM / ARXİV