adalet.az header logo
  • Bakı 11°C
03 Mart 2021 17:12
20638
SAĞLAMLIQ
A- A+

Qazinin görmə qabiliyyəti bərpa edilib - FOTO

Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

"YAŞAT" Fondundan Adalet.az -a verilən məlumata görə, onun gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.