adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Mart 2021 11:14
12392
MƏMLƏKƏT
A- A+

Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi ötən axşam Bakının mərkəzində quzuya uşaq bezi geyindirərək gəzdirən iki nəfərin saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həmin şəxslərə izah olunub ki, pandemiya səbəbindən insanların bir araya toplaşması yol verilməzdir:

"Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Bundan əlavə şəhər mərkəzində quzu gəzdirmək olmaz.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib".