SON DƏQİQƏ:

Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb

  9738   |  
Şriftin ölçüsü  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanın tapşırığı ilə Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək.

“Türkiyə prezidentinin tapşırığı ilə Qarabağ zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı barədə ortaq serial və film layihələrini həyata keçirəcəyik. Bu cür layihələrin həm milli, həm də qlobal səviyyədə rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”.

O əlavə edib ki, iki ölkə tarixi hadisələrlə yanaşı, ortaq dəyərləri gündəmə gətirən sərgi, simpozium və digər tədbirləri də təşkil edə bilər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK