SON DƏQİQƏ:

Can Aydın, Aydın Can! - Eminquey yazır 

  16825   |  
Şriftin ölçüsü  

Sözdən yaradan adamlar da mətnə baxanda hiss edir, elə mən də o cür bilirdim ki, onun yazıları sürətlə yazılır. Necə ki cəngavər meydana atılır, kəsə-kəsə, doğraya-doğraya gedir, nəfəs almadan, yarasına rəğmən, onun da yazılarındakı bu cəngavərliyə həmişə qibtə etmişəm. Təkbaşına! Korrektəsiz!

Sonra redaksiyamıza qonaq gəldiyi zaman klaviyaturada yazışından, siqareti siqaretə calamağından, sözlərə dalıb getməyindən hali olandan sonra yazılarındakı korrektəsizliyi, sürəti başa düşdüm. 

Meydana girmək, yarıda coşmaq və sonuncu zərbəni vurmaq! "Aydının qoyduğu durmur". Sözün Brüs Lisidir Aydın. Ləhcəsinə qurban olduğumla canlı söhbət edənə kimi elə bilirdim, bu adam ancaq mətndə, sözdə dəlisovdur. Sonra kitabımı almağa gəldi, söhbətləşdik, gördüm ki yox, bu adam iliyinə kimi dəlisovdu, fırtınadı, üsyandı.

"Aydın can bir gün günorta uzaq yoldan gəldi, kitabımı aldı. Hər adam bu boyda yolu kitab almaq üçün gəlmir ha. Çox sevindim. Mən də sevə-sevə imzaladım. Təşəkkürümü etdim. Sağollaşdıq. Biraz keçdi, Aydın bəy yenidən qayıtdı. "Kitabı bufetdə qoymuşdum, kimsə oğurlayıb, birini də imzala". Bu dəfə də sevə-sevə imzaladım. Aydın bəyin sayəsində oxucu qazanıram. Bir-iki kitab da itirsə, bütün Azərbaycan məni tanıyacaq" yazmışdım.

Onun bir mərdliyini də həmin gün görmüşdüm.

Özü istəməz dilə gətirilməyini, amma əsgərə yardım apardığım zaman da Aydın, hə, Aydın gəlmişdi, gəldi iş yerimə, əlində nə gəlirsə köməyini etdi, "onlar bizim üçün vuruşublar" deyib getdi!

Həmişə Türkiyənin Yılmaz Özdilinə, Uğur Dündarına, Sinanına həsəd aparmışam, həsəd apara-apara da yazılarını bizim dilə çevirmişəm. Nə xoş ki, bizim də Aydın Canımız var. 

Aydın Can, doğum günün mübarək! Sənin zərbələrinlə ölən adamlardan şəhər salmaq olardı. Orda da sənə bir ev!


Mənim özümdən yaşca, sözcə böyük, amma qardaş dostum, yaşıd dostum! Yaşa!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-18
2021-04-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK