adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Mart 2021 11:00
36095
ƏDƏBİYYAT
A- A+

ƏBÜLFƏT MƏDƏTOĞLU: DAN ÜZÜ DİLƏYİ

("Bir qadına..." silsiləsindən)

Məni divara söykə
Ya da ki, buluddan as...
İstədiyini  elə -
Alnıma  günahı yaz...

Məni saçlarınla  boğ
Əzablara  qərq  elə...
Nə ruhun  incisin -
Nə  sonumu  fərq  elə...

Məni  kirpik altında
Dizinin  dibində  tut...
Yadamsa  həyatında -
Sil gözünü... və  unut...

Məni  sinənə sıxıb
Oxşa  köhnə  şəkil  tək...
Sonra  saçını  yığıb -
Əlini  üzünə çək...