adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 14:12
18906
MƏMLƏKƏT
A- A+

Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.

Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.