adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 13:24
37586
MARAQLI
A- A+

İslamda Qadın haqları

1) Ər arvadına xəyanət edərsə, cəzası ölüm hökmüdür.

2) ikinci arvad alıb onlardan birinə, yaxud ikisinə ədalətsizlik edən kişi Qiyamət günü əzab çəkəcək.

3) Kişi qadına mehr vermədən ailə qura bilməz.

4) Boşandığı halda, verdiklərini geri götürə bilməz.

5) Kişi qadına mirasdan düşən payı götürərsə, Allahın qoyduğu həddi keçər.

6) 4 aydan çox onu tərk edərsə, Qadın şəriət məhkəməsindən boşanma tələb edə bilər.

7) Qadına yaxşı davranar və ona malından xərcləyərsə, Allah qatında ən üstün kişi olar.

8). Onun hansısa xasiyyətini sevməzsə, yaxşı xasiyyətini xatırlamalıdır. Boşanmaq Allahın sevmədiyi əməldir.

9) Boşanarsa, 3 ay ərzində onu maddi təmin etməlidir. Hamilə olduğu bilinərsə, doğanadək təmin etməli.

10) Qadın öz malı məsələsində azaddır. Əgər malından ərinə verərsə, savab qazanar. Verməzsə, kişinin tələb etməyə ixtiyarı yoxdur.

11) Ev, yemək, geyim təmini kişinin borcudur.

12) Qadın Allahın kişiyə əmanətidir. Necə davrandığından Qiyamət günü dərəcəsi asılıdır.

13) Qadına görə Peyğəmbər sallallahu aleyhi və səlləm Banu Kaynuka qəbiləsi ilə müharibə edib. ( Bir neçə kişi bazarda müsəlman qadına sataşıb, onun paltarının ətəyini qaldırmışdı).

14). Qadını ( ailəni) müdafiə edərək ölən şəhid kimi ölür.

15) Ona böhtan atana 80 çubuq cəza tətbiq olunur.

16) Qadının adı ilə bağlı surə var- Nisə surəsi...

Mənbə: Ateizm və Anti-İslam Birliklərinə qarşı İslam