SON DƏQİQƏ:

Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi

  14277   |  
Şriftin ölçüsü  

Fevralın 24-də "Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66" ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddimərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Adalet.az-ın məlumatına görə, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib. Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb. Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb. Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK