SON DƏQİQƏ:

ABŞ RUSİYAYA YENİ SANKSİYALAR HAZIRLAYIR

  14152   |  
Şriftin ölçüsü  

Kiberhücumlar və Navalnı gündəmdə

The Waşinqton Post qəzeti məlumat verir ki, ABŞ kiberhücumlar və Navalnının zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tədbiq etməyə hazırlaşır.

Bayden administrasiyası bununla yanaşı Rusiyaya qarşı daha sərt tədbirlər görməyi də planlaşdırır. Qəzetin yaydığı xəbərlərə görə, Ağ Ev “böyük həyəcan təbili çalmaqla” diqqəti rusiyanın uzun illər ərzində kiberməkanın imkanlarından istifadə edərək, amerikan hakimiyyətinin və iri şirkətlərinin sənədlərinə kiberhücumlar təşkil edib ki, bu da Amerikanın və onunla əməkdaşlıq edən dövlətlərin maraqlarına düşmənşilik kimi qiymətləndirilməlidir.

Kiberhücumlar arasında ən çox hallandırılan “ seçkilərə müdaxilə”, “koronavirusa qarşı peyvəndlərin hazırlanması prosesinə” mane olma və ABŞ-ın dövlət tibbi müəssisələrinin işlərini pozmaq üçün xakerlərinə şərait yaratmalarıdır.

Vaşinqton administrasiyası hesab edir ki, “geniş miqyaslı kiberhücumlar birbaşa dağıdıcı təsir bağışladığı üçün, amerikan hakimiyyətinin bu hücumların yerinə yetirməsinə göstərişlərin verilməsində iştirak edənlərə qarşı sanksiyalar tədbiq etməyə haqqı çatır.

Qəzetin məlumatına görə, ABŞ Navalnının zəhərlənməsinə görə də Moskvanın məsuliyyətə cəlb olunmasını istəyir. Ona görə də Birləşmiş Ştatlar avropalı həmkarları ilə birgə Rusiyaya qarşı sanksiyalar qəbul etmək fikirindədir.

Ağ Ev qəzetin bu məlumatı ilə bağlı açıqlama verməsə də, administrasiyanın mətbuat katibi Cen Psaki bildirib ki, yaxın bir-iki həftə ərzində Rusiyanın qeyri dostluq hərəkətlərinə cavab veriləcək.

 

Rustəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK