adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Fevral 2021 15:15
33733
HADİSƏ
A- A+

27 nəfər qarda yıxılaraq xəsarət aldı - YENİLƏNİB

Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***
(13:40)
Bu gün saat 13:00-a qədər hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, onlardan 10-u kişi, 12-si qadındır. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***
(11:30)

Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti nəticəsində bu gün saat 11:30-a qədər olan məlumata görə, 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

***
Bakıda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti nəticəsində bu gün saat 10:00-a olan məlumata əsasən, 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Qeyd edilib ki, yaralılardan 1 nəfərə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.