SON DƏQİQƏ:

Millət vəkili şəhid  ailələri və seçicilərlə təmasları davam etdirir - FOTOLAR

  11185   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı Könül Nurullayeva seçiciləri ilə təmasları davam etdirir. K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində, ümumilikdə 35 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb. 21 nəfər canlı, 2 nəfər isə onlayn şəkildə baş tutan qəbulda dinlənilib.

Görüşlər zamanı məlum olub ki, vətəndaşları ən çox narahat edən problemlər  məşğulluq, binalarda təmir-abadlıq işlərinin aparılması və sosial təminat məsələləridir. Hər zaman olduğu kimi, bu dəfə də hər bir vətəndaşın müraciəti qeydə alınıb. Qısa zamanda sözügedən müraciətlər müvafiq qurumlara yönləndiriləcək.

Eyni zamanda Bakı şəhəri Nizami rayonunun 31 şəhid ailəsi ilə telefon bağlantısı yaradılıb. Onların ehtiyacları, qayğıları ilə bağlı qeydlər götürülüb. K.Nurullayeva bildirib ki, şəhid ailələrini narahat edən məsələlərin də həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq: “Hər bir vərəndaşın, xüsusilə şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılır. Onlarla mütəmadi qaydada təmasdayıq. Götürdüyümüz qeydlər üzrə bundan sonra da lazımi addımlar atılacaq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK