adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Fevral 2021 12:42
46093
KRİMİNAL
A- A+

Gəncə sakinində narkotik götürülüb

Gəncə sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakini, Şükür Vəliyev şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə 7.85 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Ş. Vəliyevin şəhər ərazisindəki mənzilə baxış keçirilib. Baxış zamanı mənzilin zirzəmisindən sellofan torbada çəkisi 130.78 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.