adalet.az header logo
  • Bakı 18°C
18 Fevral 2021 22:00
48859
KRİMİNAL
A- A+

Birgə yaşadığı tanışının pulunu oğurladı

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Yardımlı rayon sakini R.Məmiyevin Bakı şəhərində kirayədə yaşadığı evdən 967 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən onunla birgə yaşayan Şirvan şəhər sakini C.Ağayev saxlanılıb.